İmam Hüseynin (ə) Köynəyinin Hədiyyə Günüdür

Hz. Zəhra’nın (s.ə) şəhadətindən 3 gün əvvəl, İmam Rza’nın (ə) müqəddəs hərəminin yanında “Köynəyin təqdim olunma günü” mərasimi, 250 şair, mərsiyəçi və tədqiqatçının iştirakı ilə və eyni zamanda İranın təqribən 50 məkanında, o cümlədən Şiraz, İsfahan, Sənəndəc, Şəhrekord, Həmədan, Səman və başqa şəhərlərdə keçirilmişdir. Davud Manafipur öz çıxışında “Köynəyin təqdim olunması hekayəsinin” əhəmiyyətini vurğuladı. O qeyd etdi ki, bu köynək dözümlülük və məzlumluq simvolu kimi Aşura mesajını dünyaya ötürmək üçün istifadə olunmalıdır. Bu mərasim Seyid Kazım Əhmədzadənin idarəçiliyi və Cavad Muhəmmədzamani tərəfindən şeir oxumaqla başlamışdır. Digər şairlər, məsələn, Cavad Haşimi, Cavad Heydəri, Hadi Canfədə, Muhəmməd Biyabani, Əhməd Babayi, Həməd Əsgəri, Seyid Hüseyn Mütəvəliyan, Qasım Sərafan, Məhmud Həbibi Kəsbi və Muhəmməd Söhrabi öz şeirləri ilə mənəvi mühit yaratdılar. Eyni zamanda Nəsir Feyz, Şəhram Şekiba, Muhəmməd Rəsuli, Mədi Qəzli, Muhəmmədrza Ənbran və xanımlar Fatimə Nani-zadə, Fatimə Beyrami, Zəhrasədat Qasimi, Zəhra Hacı-pur, Atifə Coşqaniyan, Ələhəm Safalu və Məlihə Rəcəyi də iştirak etdilər. Bu mərasim Hac Nariman Pənahinin mərsiyə oxuması və Hz. Zəhra’nın (s.ə) şəhadətinə həsr olunmuş əza ilə başa çatdı.

Mərasimin Səsi