Köynək tədqiqatları

Həzrət Seyidüş-Şühədanın (ə) möhtərəm köynəyi, cənnətdən bir hədiyyə və Əla E’liyyindən bir bağışdır; peyğəmbərlərin irsi və mahiyyəti dərd ilə doludur. Bu köynək ilahi bir tədbir ilə ilk dəfə Həzrət Adəmə (ə) nazil olmuş və məna dolu səfərləri ilə 124000 peyğəmbərin xilaskarına çevrilmişdir. Daha sonra on dörd məsumlara (ə) çatdıqdan sonra Həzrət Siddiqə Tahirə (s.ə.) vasitəsilə Kərbəlaya gəlmişdir. Aşura günü Həzrət Seyidüş-Şühədanın (ə) pak vücuduna geydirilmiş və nəhayət zühur zamanı, dünya haqq-sevərlik və intiqamı üçün Həzrət Bəqiyyətullah Əl-Əzəm (ə.c) tərəfindən nümayiş olunacaqdır. Böyük Qiyamət günü isə Həzrət Siddiqə Tahirə (s.ə.) onu Allah qarşısında tutaraq intiqam tələb edəcəkdir.

Möhtərəm Seyidüş-Şühədanın (ə) köynəyinin səyahətləri və səfərləri