Şiə minbərlərinin beynəlxalq elitalarının birinci toplantısı
Həzrət Əli Əsğər (ə) Ümumdünya Məclisinin katibi, 6 ildən sonra Şiə minbərlərinin beynəlxalq elitalarının birinci toplantısında İmam Hüseynin (ə) mübarək köynəyi ilə bağlı tədqiqatlarını təqdim etdi. Bu toplantı 800-dən çox hövzə və universitet alimləri, xətiblər, şairlər və sənətkarların iştirakı ilə Rəzəvi müqəddəs hərəmində “Möhtərəm Seyidüş-Şühədanın (ə) köynəyi, Qaimin (əc) qiyam bayrağı” başlığı altında İmam Hadinin (ə) şəhadət günü ilə eyni zamanda, 1401-ci ilin Behmən ayının 5-də keçirildi.
Qeyd etmək lazımdır ki, bu toplantıda 60 müxtəlif millətdən 190 nəfər iştirak etmişdir.