Üçüncü Beynəlxalq Şiə Minbərləri Elit İclası
Bu iclas 45 millətdən 500-dən çox alim və mütəfəkkir, eləcə də incəsənət və media sahəsinin ən seçilən simalarının iştirakı ilə, Kərbəla şəhərində Seyidüşşühədanın (ə) müqəddəs məzarı yanında 2 gün ərzində, 14 və 15 Xordad 1403 tarixlərində keçirilmişdir. Bu iclasın məqsədi İmam Hüseynin (ə) müqəddəs köynəyini Aşura simvolu və bəşəriyyətin xilaskarının qiyam bayrağı olaraq açıqlamaq, onun müasir dövrdəki rolunu vurğulamaq, və elmi, bədii və media sahəsi elitləri arasında fikir mübadiləsi və sinerji yaratmaqdır. Bu iclasın ən mühüm proqramları arasında Davud Manafipur tərəfindən təqdim olunan elmi və araşdırma işləri, eləcə də Səfinətün-nəcat Beynəlxalq Matəm Şeir Gecəsi adlı bədii tədbir, mərsiyəçilik və şeir gecəsi vardı.